“Hərəyə bir gül əkək” devizi altında məktəbin həyətyanı sahəsində eko güşələr yaradaraq çiçəklər və gül kolları əkilib

İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır. Bu məqsədlə ətraf mühitin yaşıllaşdırılması istiqamətində 3d və 3e sinif şagirdləri “Hərəyə bir gül əkək” devizi altında məktəbin həyətyanı sahəsində eko güşələr yaradaraq çiçəklər və gül kolları əkiblər. Eyni zamanda ekoloji tarazlığın bərpası, təbiətə qayğı, ətraf mühitin mühafizəsi istiqamətində maarifləniblər. Bu aksiyasının keçirilməsində məqsəd şagirdlərin ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizə aparmaqdır. Onlar həmçinin ağaclara qulluq edib dibini yumşaldıb, əhənglədib və məktəb ərazisini tullantılardan təmizləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi