Qarabağ Universitetinin tanıtımı ilə əlaqədar görüş keçirilib

Məktəb-liseyin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Lamiə Məmmədova XI sinif şagirdləri ilə Qarabağ Universitetinin tanıtımı və tələbə qəbulu barədə maarifləndirici görüş keçirib.Şagirdlərə Qarabağ Universitetində tələbə və müəllim heyəti üçün fərqli, müasir mühitin formalaşdırılacağı barədə məlumat verilib. Həmçinin qeyd edilib ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur. Universitetin maddi-texniki bazası, həmçinin növbəti tədris ilindən tədrisi nəzərdə tutulan yeni ixtisaslar haqqında məlumatlari əks etdirən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi