"Dilim varsa, mən də varam! " adlı dəyirmi masa keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dilimizi qoruyaq" şüarı altında tədbirlərin keçirilməsi ilə bağlı Tədbirlər Planınına əsasən məktəb-liseyin 9a sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Zenfira Heydərovanın təşkilatçılığı ilə "Dilim varsa, mən də varam! " adlı dəyirmi masa keçirilib. Dəyirmi masada məktəb-liseyin direktoru Könül Məmmədli, təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Məhərrəmova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Lamiə Məmmədova, sinif rəhbəri Aygün Mövlayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Nübar Musayeva iştirak etmişlər. Dövlət Himni səsləndirildikdən sonra ana dilinə həsr olunmuş təqdimat nümayiş olunub. Şagirdlər ana dilinə həsr olunmuş şeirlər və mahnılar səsləndirib, hazırladıqları videotəqdimatları təqdim ediblər. C.Məmmədquluzadənin "Anamın kitabı" əsərindən sahnəcik nümayiş etdirilib. Sonda məktəb-liseyin direktoru Könül Məmmədli çıxış edərək şagirdlərə öz ana dilini bilməIi, onunla qürur duymalı, onu qorumalı və gələcək nəsillərə ərmağan etməli olduqlarını söyləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi