Mülki müdafiəyə həsr olunmuş maarifləndirici tədbir təşkil olunub

Aprelin 26-da məktəb-liseyin Tədbirlər planına əsasən Mülki Müdafiə Günü qeyd edilib. Məktəb-liseyin qərargah rəisi Samirə Məhərrəmova və gənclərin çağırışaqədərki rəhbəri Rövşən Əzizov tərəfindən akt zalında mülki müdafiəyə həsr olunmuş maarifləndirici tədbir təşkil olunub. Şagirdlərə mülki müdafiə haqqında geniş məlumat verilib, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında söhbətlər aparılıb,şagirdlər əleyhəqazlarla tanış edilib,istifadə qaydalarından danışılıb. Bundan əlavə yanğın təhlükəsizliyi qaydalarından, müəllim və şagirdlərin bu istiqamətdə təlimatlandırılmasından söhbət edilib, həmçinin dəm qazının yaranma səbəbləri və bu zaman davranış qaydaları haqqında videoçarx nümayiş olunub.Təbii və fövqəladə hallar zamanı şagird və müəllimlərin baş verə biləcək təbii fəlakət və yanğın hadisələri zamanı düzgün təxliyə üsullarından danışılıb. Şagirdlərin sualları ətraflı şəkildə cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi