"Narkomaniyaya "YOX" deyək!" adlı tədbir keçirilib

Aprelin 5-də İlham Məmmədov adına 261 nömrəli məktəb-liseydə Xətai rayon İcra Hakimiyyətinin və Xətai rayon Polis İdarəsinin təşkilatçılığı ilə "Narkomaniyaya "YOX" deyək!" adlı tədbir keçirilib.Tədbirdə Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Vaqif Müslümov,Xətai rayon polis idarəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi polis polkovniki-leytinantı İdris Məhərrəmov, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Lamiə Hüseynova, Bakı Şəhəri Narkoloji Dispanserin həkim-narkoloqu Vəfa Əliyeva, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər. Tədbirdə narkomaniyanın cəmiyyət üçün ağır bəla olması, gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün nələrə diqqət yetirilməsi, narkotiklərə aludə olmağın nəticələri və s. haqqında geniş məlumat verilib, narkomaniyaya qarşı döövlətimiz tərəfindən aparılan mübarizədən danışılıb. Həmçinin çıxış edənlər şagirdlərə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini gənclərin diqqətinə çatdırıblar. Bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Məktəbin 9-cu sinif şagirdlərinin hazırladığı narkomaniyaya səbəb olan amillər və onların yaratdığı fəsadlardan bəhs olunan səhnəcik maraqla qarşılanıb. Tədbirin sonunda şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi