“İlin Peşəkar Gənci”

2017-ci il yanvar ayının 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən “İlin Peşəkar Gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “İlin peşəkar gənci” fəxri adı hər il əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edən, müxtəlif peşə sahələrində yüksək ustalıqla fərqlənən, ictimaiyyətin geniş rəğbətini qazanan şəxslərə verilir. Məktəbimizin informatika müəllimi Orucova Aygül İbiş qızı AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev və Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firidun Qurbanov tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi