Reproduktiv sağlamlıq haqqında maarifləndirici tədbir keçirilib

Məktəb-liseyin psixoloqu Kamilova Fərəh, tibb işçiləri Məmiyeva Sədəf və Məmmədova Aytən tərəfindən VIII – IX sinif şagirdləri ilə qızlar və oğlanlarla ayrı- ayrılıqda sağlam həyat tərzi və reproduktiv sağlamlıq haqqında maarifləndirici tədbir keçirilib.Tədbirin əsas məqsədi şagirdləri yeniyetməlik yaş dövründə yaranan psixofizioloji dəyişikliklər haqqında maarifləndirmək, ünsiyyət bacarıqlarının, anlaşma, düzgün qərar vermək, sağlamlığın qorunması yolları, ailə planlaşdırılması və gələcəkdə məsuliyyətli valideyn olmaq üçün müsbət münasibətlərin formalaşdırılması idi. Tədbirin sonunda şagirdlərlə səmimi müzakirələr aparılıb, psixoloq və tibb işçilərinə verilən suallar ətraflı olaraq izah edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi