"Heydər Əliyev ili" çərçivəsində təşkil olunan Beynəlxalq STEAM Azərbaycan Festivalının “FlyTech” kateqoriyası üzrə finalçılar bəlli olub

"Heydər Əliyev ili" çərçivəsində təşkil olunan Beynəlxalq STEAM Azərbaycan Festivalının “FlyTech” kateqoriyası üzrə finalçılar bəlli olub. Finala vəsiqə qazanan komandalar sırasında məktəbimizi təmsil edəcək “Bayraqdar-261” komandası da var. (Komandanın tərkibi:Mentor- Aygün Tağıyeva Pilot - Nail Məmmədov - Xb sinif şagirdi Pilot köməkçisi - Canpolad Əliyev-IX b sinif şagirdi) Bu kateqoriyanın əsası olan dron dizaynı müasir texnologiyalardan biri - Pilotsuz Uçuş Aparatları sənayesinin böyük hissəsidir. Yarış çərçivəsində robototexnika bacarıqlarını inkişaf etdirən şagirdlər uçuş aparatları texnologiyalarını, onların daxilindəki proqram təminatını və müxtəlif innovative sensorları öz ideyaları ilə birləşdirəcək və səmaya qaldıracaqlar. Beləliklə, iştirakçılar dronun dizayn edilməsi, onun hazırlanması, proqramlaşdırılıb uçurulmasını öyrənərək uğura 1 metr daha yüksələcəklər. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagirdlərin aşkarlanması, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir. Komandamızı təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi