İbtidai siniflər üzrə metodbirləşmə rəhbəri Fidan Dadaşovanın təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub

Noyabrın 21-də məktəb-liseyin ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Fidan Dadaşovanın təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub.Dəyirmi masada Azərbaycan dili fənni üzrə oxuyub-anlama bacarıqlarının izlənilməsi istiqamətində 3-cü və 4-cü siniflərdə dərs deyən müəllimlərin müzakirəsi aparılıb.Dəyirmi masanın keçirilməsində məqsəd 3-cü və 4-cü siniflərdə Azərbaycan dili fənni üzrə aparılmış ilk kiçik simmativ qiymətləndirmənin nəticələrini müzakirə etmək,qiymətləndirmə üçün istifadə olunan test nümunələri və bu nümunələrdə oxuyub -anlama bacarıqlarının inkişafı üçün verilmiş sualları analiz etmək, bu suallarla reallaşdırılan məzmun standartları, cavablarda zəiflik müşahidə olunan standartları müəyyən etmək və bu istiqamətdə qarşıya qoyulan hədəfləri ortaya çıxarmaq idi.Dəyirmi masada hər bir sinif üzrə reallaşdırılması çətin olan standartlar müqayisəli şəkildə müzakirə olundu.Təcrübə mübadiləsi baş tutdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi