Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya

Payız tətili günlərində şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə məktəbin texnologiya müəllimləri Zeynəb Ağayeva və Aygün Tağıyeva VII sinif şagirdlər ilə birgə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan Qala Arxaloji Etnoqrafik Muzey Kompleksinə, eyni zamanda sözü gedən məkanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə yaradılmış “Tullantıdan sənətə” adlı muzeyə ekskursiya təşkil ediblər.Muzeydə qonaq olan şagirdlər memarlıq abidələri, qədim yaşayış məskənləri, kurqanlar, minillik qəbirlərlə, dulusçuluq və xalçaçılıq kimi incəsənət sahələri ilə tanış olublar.“Tullantıdan sənətə” adlı muzey aləminə səyahət edərkən isə şagirdlər estetik zövqlərini formalaşdırıb, müxtəlif tullantılardan hazırlanmış əl işləriylə tanış olub və onlara ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq və minimuma endirmək məqsədilə təkrar emal edərək tullantılara ikinci həyat verməyin əhəmiyyətindən danışılıb.Şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişləri qədər dərsdənkənar fəaliyyətləri də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün inkişafında,mühüm rol oynayır və müsbət təsir göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi