Şagirdlərimiz Beynəlxalq Kitab Sərgisində

Məktəb-liseyin bir qrup kitabsevər şagirdi Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Beynəlxalq Kitab Sərgisində iştirak edib. Onları məktəb-liseyin direktoru Könül Məmmədli, Azərbaycan dili və ədəbiyyat müəllimi Xədicə Əliyeva, riyaziyyat müəllimi Nəzakət Əbdürrəhimova, kitabxanaçı Rəvanə Dadaşova və psixoloq Fərəh Kamilova müşayiət ediblər. Şagirdlər Azərbaycan və dünya ədəbiyyatının kitab xəzinəsi ilə, müxtəlif nəşriyyatların işləri ilə tanış olublar. Sonra ziyarətçilər Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ilə görüşdə iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi