"Səsin gəlsin, Xarı Bülbül" adlı tədbir

Məktəb-liseyin ibtidai sinif müəllimi Gülnar Bağırovanın təşkilatçılığı, 3i sinif şagirdlərinin iştirakı ilə 8 Noyabr -Zəfər Gününə həsr olunmuş “Səsin gəlsin, xarı bülbül ” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər,məktəbimizin qazi məzunları, qazi valideynlər, məktəb-liseyin adını böyük qürurla daşıdığı l Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş şəhid İlham Məmmədovun bacıları Mehriban Məmmədova və İlhamə Məmmədova, şagirdlər və müəllimlər iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Şagirdlər 44 günlük vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdən və xalqımızın mübarizə əzmindən söz açaraq Zəfər Günü münasibətilə iştirakçıları təbrik ediblər. Şagirdlərin ifasında tarixi Zəfər, Qarabağ və vətənpərvərlik mövzusunda müxtəlif musiqilər və şeirlər səsləndirilib, rəqs nümunələri və səhnəciklər nümayiş olunub.Məktəb-liseyin direktoru Könül Məmmədli çıxış edərək bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmi,xalqın birliyi və Ordumuzun mübarizliyi, gücü nəticəsində Zəfərlə sona çatıb və gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşub, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıdıb. Daha sonra söz tədbir iştirakçılarına, yəni Vətən müharibəsi iştirakçılarına verilib.Onlar da öz növbəsində xalqımızın 44 gündə keçdiyi zəfər tarixindən danışıb. Sonda qonaqlar və tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi