6d sinfinin rəhbəri Röyal Kərimov sinfi ilə birlikdə 44 günlük Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş təşkilat saatı keçirib

Sentyabrın 27-də 6d sinfinin rəhbəri Röyal Kərimov sinfi ilə birlikdə 44 günlük Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş təşkilat saatı keçirib.Şagirdlərə 2-ci Qarabağ müharibəsi haqqında, Ulu Öndər Heydər Əliyevin davamçısı, tarix yazan sərkərdə İlham Əliyevinin komandanlığı altında qələbə qazanan ordumuzun rəşadəti haqqında geniş məlumat verilib.Torpaq uğrunda canından keçən şəhidlərimizin bizim qürur mənbəyimiz olduğu, onları hər zaman hörmət və ehtiramla anmağımızı vurğulanıb. Qeyd edilib ki ,şəhidlər bizim şanlı tariximizin şanlı səhifələrini öz müqəddəs qanları ilə yazan ölməz insanlardır. Biz onları hər zaman qəlbimizdə, ruhumuzda, canımızda yaşadacağıq. Şəhidlər ölməz, Vətən bölünməz. Yaşasın bütöv Azərbaycan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi