27 Sentyabr Anım Günü ilə əlaqədar məktəb-liseyin 2ç sinfində təşkilat saatı keçirilib

27 Sentyabr Anım Günü ilə əlaqədar məktəb-liseyin 2ç sinfində təşkilat saatı keçirilib. Şəhidlərin ruhu bir dəqiqəlik yad edildikdən sonra şagirdlər tarix yazan qəhrəman ordumuz, Azərbaycanın gücünü, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirən şəhid və qazilərimiz haqqında danışıblar. İşğal altında olan torpaqlarımızın şəhidlərimizin, qazilərimizin canı və qanı bahası ilə azad edilməsinə həsr edilmiş şeirlər söyləyiblər,şəkillər çəkiblər. Vətəni canından əziz tutanlar heç vaxt unudulmayacaq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi