Badminton üzrə qalibimiz var

Ümummilli Lider Heydər Əliyevin 101- ci ildönümünə həsr olunmuş Təhsil İdman Mərkəzinin Respublika birinciliyində badminton üzrə məktəbimizin 7b sinif şagirdləri Niftalızadə Qəndab,Məmmədəliyev Sərdar,6b sinif şagirdi Əlizadə Cəfər uğur qazanıblar.

Qızların şəxsi yarışında Qəndab Niftalızadə III yerə,qoşa yarışda III yerə,qarışıq -qoşada III yerə layiq görülüb.

Məmmədəliyev Sərdar qoşa yarışda I yerə,qarışıq qoşa yarışda III yerə layiq görülüb

2012 və daha kiçik yaşlılar arasında Əlizadə Cəfər qoşa yarışda IIyerə,qarışıq qoşa yarışda III yerə layiq görülmüşdür.

Şagirdlərimizi və onlara bu uğurları qazandıran məktəbin fiziki tərbiyə müəllimi Əlizadə Cavanşir müəllimi təbrik edirik.Uğurlarınız davamlı olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi