“Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir” mövzusunda dəyirmi masa keçirildi

Məktəbin kitabxanasında kitabxana müdiri Muradova Validə müəllim və tarix müəllimi 7b sinif rəhbəri Verdiyeva ,Şəhla müəllimin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir” mövzusunda dəyirmi masa keçirildi. 7-ci sinif şagirdlərinə Şəhla müəllimə bildirib ki, Azərbaycan dövlətinin bu günə gəlib çıxması, elmin, təhsilin, mədəniyyətin çiçəklənməsi məhz Ulu Öndərin qurduğu müdrik siyasətin nəticəsidir. Qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Daha sonra Validə müəllim Heydər Əliyevlə bağlı olan kitab sərgisini uşaqlara tanış edib və onun haqqında çəkilən 11 film haqqında disk olan kitabı şagirdlərə göstərib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi