Şəhid Qəhrəmanov Sadiq Sakit oğluna həsr olunmuş tədbir

Bakı şəhəri Xətai rayon İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbdə hər sinfə bir şəhid adları verilməsi ənənəyə çevrilib.Bu ənənəni davam etdirmək məqsədi ilə 20.02.2024-cü il tarixində 6b sinif rəhbəri Ramazanova Gülnarə müəllimin və məktəb rəhnərliyinin təşkilatçılığı ilə 6b sinfinə şəhid Sadiq Qəhrəmanovun adı verildi.Təşkil olunmuş tədbirə şəhidin anası,bacısı,qohumları və üç yaşlı qızı Təranədə iştirak edirdi.Tədbir Azərbaycan Dövlət Himnin səsləndirilməsi ilə başladı.Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Şəhidin anası oğlu ilə bağlı xatirələrini danışdı.Təşkil olunmuş tədbirə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirdi.

Şəhid Qəhrəmanov Sadiq Sakit oğlu 1996-cı il fevral ayının 28-i Salyan rayonu Kərimbəyli kəndində anadan olub.2002-ci ildə Salyan rayon Kərimbəyli kənd Həsən Şahbazov adına tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2013-cü ildə Salyan rayon Kərimbəyli kənd H.Şahbazov adına tam orta məktəbin 11-ci sinifini bitirib.2014-cü il aprel ayından 2015-ci ilin oktyabr ayına kimi Naxçıvan şəhərində N saylı hərbi hissədə atıcı vəzifəsində xidmət edib. Hərbi xidmətdən gəldikdən sonra yanacaq doldurma məntəqəsində çalışıb. 25.04.2021-ci ildə Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində müddətdən artıq Həqiqi Hərbi Xidmət hərbi qulluqçuların hazırlıq kursuna daxil olmuş, 19.06.2021-ci ildə kursu bitirmişdir. Həmin tarixdən N saylı hərbi hissənin Dəniz Piyada taborunda minaatan tağımında atıcı vəzifəsində xidmətə başlamışdır. 22.08.2022-ci il tarixdən 02.11.2022-ci il tarixə kimi N saylı hərbi hissədə təşkil olunan 4-cü buraxılış "Dəniz Komando Təməl" kursunu müvəffəqiyyətlə bitirmişdir. N saylı Hərbi Hissənin Dəniz Piyada taborunun 2-ci bölüyündə Baş Snayper vəzifəsində xidmət etmişdir. 2023-cü il 19 sentyabrda antiterror lokal xarakterli əməliyyatlar zamanı Ağdərə istiqamətində saat 14:25 radələrində şəhadətə ucalıb. 22 sentyabr 2023-cü ildə Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə Xidmətə görə " ordeni , "Vətən Uğrunda" medalı ilə təltif olunmuşdur.

ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ! şüarı ilə tədbir sona çatdı.a

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi