Məktəbdə təhlükəsizliyin, müəllim və şagirdlərlə psixoloji marifləndirmə işinin təmin olunması məqsədi ilə keçirilən fəaliyyət

Xətai rayon İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbdə təhlükəsizliyin təmin edilməsi,müəllim və şagirdlərlə psixoloji marifləndirmə işinin, valideyinlərlə işin gücləndirilməsi istiqamətində məktəb rəhbərliyi tərəfindən vaxtaşırı tədbirlər təşkil olunur.Bu məqsədlə 31.01.2024-cü il tarixdə məktəb rəhbərliyi və I-XI siniflər üzrə valideynlərlə görüş keçirildi.Məktəbin direktoru Kəmalə Quliyeva I yarım ilin təlim nəticələri barədə valideynlərə məlumat verdi,II yarım ildə bu nəticələrin qaldırılmasında valideyn məktəb əlaqəsinin möhkəmləndirilməsindən danışdı.Eyni zamanda BŞTİ- nin təhsil müəssisələrində təhlükəsizlik qaydalarına nəzarətin gücləndirilməsi ilə bağlı tapşırığına əsasən məktəbdə sağlam mənəvi- psixoloji mühitin düzgün formalaşması,şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri,şagirdlərin təhlükəsizliyinin təmin edilməsində valideyn nəzarətinin gücləndirilməsinin vacibliyi,valideyn,məktəb, şagird üçbucağının möhkəmləndirilməsi istiqamətində təkliflər valideynlərin nəzərinə çatdırıldı.Valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi