Biologiya fənnindən nümunəvi dərs

02 dekabr 2019-cu il tarixdə kimya-biologiya aylığı çərçivəsində məktəbin biologiya müəllimi Xəlilov Elçi “Dərman bitkiləri” mövzusunda nümunəvi dərs keçdi. E.Xəlilov müxtəlif dərman bitkilərini və tərəvəzləri əyani vəsait olaraq şagirdlərə nümayiş etdirdi. Həmçinin, şagirdlərin iştirakı ilə təbii müalicəvi vasitə hazırlandı. Dərs müasir təlim metodları əsasında keçirildi. Şagirdlərin aktivliyi müşahidə olundu. Dərs yüksək səviyyədə qiymətləndirildi. Müəllimimizə uğurlar arzu edirik.