Pedaqoji şuranın iclası keçirildi

30 iyun 2025-ci il tarixdə məktəbin 2024/2025-ci dərs ili üçün yekun pedaqoji şurasının iclası keçirildi. İclasda giriş sözü ilə çıxış edən məktəbin direktoru Venera Mustafayeva il ərzində fəaliyyəti ilə fərqlənən müəllimləri təltifnamə ilə təltif etdi. Daha sonra 2024/2025-ci tədris ilinin yekunları, uğurları, şagirdlərin sinifdən-sinfə keçirilməsi, buraxılış siniflərin şagirdlərinə attestatların verilməsi və s. məsələlər müzakirə olundu. Həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov statistik nəticələri səsləndirdi. Məktəbin kitabxana müdiri Aynur İbişovanın hesabatları dinlənildi.