Kiçik Akademiya

Şagirdin əl işiMəktəbin 10a sinif şagirdi Babayev Vüsal kardondan istifadə edərək tank maketi hazırlayıb.

Ətraflı

Dərman bitkiləriMəktəbin 7b sinif şagirdləri biologiya fənni üzrə "Dərman bitkiləri" mövzusunda təqdimat hazırladılar. Fənn müəllimi: Yeganə Əliyeva

Ətraflı

Şagirdlər ekskursiyadaMəktəbin Kiçik Akademiyasının fəaliyyət planına uyğun olaraq 5c sinif şagirdləri riyaziyyat müəllimi Aynur Paşayeva və kimya müəllimi-KA prezidenti Aytən Babaşova ilə birlikdə Bilim Bakı Mərkəzində oldular. Şagirdlərə texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək haqqında ətraflı məlumat verildi.Şagirdlər riyaziyyat və dizayn laboratoriyasında əyani şəkildə maketlər hazırladılar. Ekskursiya şagirdlərin marağına səbəb oldu. 

Ətraflı

Şagirdlər ekskursiyada27 oktyabr 2023-cü il tarixdə 6b sinif şagirdləri məktəbin KA-nın fəaliyyət planına uyğun olaraq böyük musiqi və ictimai xadim, alim və tədrisçi Qara Qarayevin ev muzeyində ekskursiyada oldular. Məktəb KA-nın prezidenti-kimya müəllimi A.Babaşova, musiqi müəllimi V.Əlizadə və rus dili müəllimi V.Xanmədova şagirdlərlə birlikdə ev muzeyini ziyarət etdilər. Şagirdlərimiz dahi bəstəkarın yaradıcılığı və şəxsi əşyaları ilə yaxından tanış oldular. Ekskursiya şagirdlərdə marağa səbəb oldu. 

Ətraflı

Müsabiqədə iştirakDekabrın 28-i 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə F-316 nömrəli əmrin II bəndini əsas tutaraq Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqə təşkil olundu. Müsabiqə başlamamışdan öncə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev müsabiqə iştirakçılarını salamlayaraq onlara uğurlar arzu etmişdir. Müsabiqə ərzində şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 10 sual (5 qapalı, 5 açıq), tarix üzrə 10 sual (5 qapalı, 5 açıq) və sonda esse təqdim edilmişdir. Müsabiqədə ümumtəhsil müəssisələri üzrə 40-a yaxın məktəbdən 70-dən çox şagird komanda formatında iştirak etmişdir. Yekun nəticələrə əsasən I, II, III yerlər və fərqlənən məktəblər təyin olunacaqdır. Müsabiqə nəticələri 4 yanvar 2022-ci il tarixdən etibarən emal olunacaqdır. Məktəbimiz də müsabiqədə uğurla iştirak etdi. Şagirdlərimizə uğurlar arzu edirik.

Ətraflı

Şagird uğuruMəktəbin "Kiçik Akademiya"sının fəaliyyəti çərçivəsində keçirilən monitorinqlərdə yüksək nəticə göstərən şagirdlər mükafatlandırıldı.

Ətraflı

Şagirdimizin uğuruMəktəbin 8ç sinif şagirdi Salmanzadə Aysu Sabunçu rayonu ümumtəhsil müəssisələrinin "Kiçik akademiya"ları arasında keçirilən "Xocalı-əsrimizin qan yaddaşı" adlı elmi məqalə müsabiqəsində fərqləndiyinə görə sertifikatla təltif edilib. Şagirdimizi təbrik edirik və uğurlar arzulayırıq.

Ətraflı

Beynəlxalq ana dili günü21 fevral - Beynəlxalq ana dili günü münasibətilə şagirdlərin hazırladıqları divar qəzetləri.

Ətraflı

Şagirdlərin əl işiKiçik akademiyanın fəaliyyəti çərçivəsində V sinif şagirdlərinin "Aşıq Ələsgərin 200 illiyi" münasibətilə hazırladıqları divar qəzetləri.

Ətraflı

Şagirdlər mükafatlandırıldıKiçik akademiyanın fəaliyyəti çərçivəsində VIII siniflər arasında kimya fənni üzrə keçirilən bilik yarışında qalib gələn şagirdlər mükafatlandırıldı.

Ətraflı

Nizami Gəncəviyə həsr olunmuş seminar"Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı" BŞTİ-nin F-56 nömrəli əmri ilə təsdiq olunmuş tədbirlər planının icrası ilə əlaqədar MS Teams platforması vasitəsilə şagirdlərin Nizami Gəncəviyə həsr olunmuş seminar keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Xəlilova Nizami yaradıcılığı barədə şagirdlərə ətraflı məlumat verdi. A.Xəlilova bildirdi ki, Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir. Seminar şagirdlərin marağına səbəb oldu.

Ətraflı

"Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi"nə virtual səyahət"Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı" BŞTİ-nin F-56 nömrəli əmri ilə təsdiq olunmuş tədbirlər planının icrası ilə əlaqədar MS Teams platforması vasitəsilə şagirdlərin "Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi"nə virtual səyahəti həyata keçirildi. Öncə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günay Eyvazova şagirdlərə bu il ölkəmizdə qeyd olunan "Nizami ili" və N.Gəncəvi yaradıcılığı barədə məlumat verdi. Daha sonra muzeyə virtual səyahət olundu. Tədbir şagirdlərin marağına səbəb oldu.

Ətraflı

Fərqlənən şagirdlərimiz17 may 2021-ci il tarixdə məktəbimizdə Kiçik Akademiyanın nəzdində məntiq üzrə keçirilən bilik yarışmasında qalib gələn şagirdlər məktəb rəhbərliyi tərəfindən rəğbətləndirildi. Şagirdlərimizi təbrik edirik və uğurlar arzulayırıq.

Ətraflı

“Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans08.05.2021-ci il tarixdə Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra giriş sözü olaraq Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək elmi-praktiki konfrans haqqında məlumat verdi. Ardınca BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AzTU-nun Abituriyentlərlə və tələbələrlə iş üzrə sektorunun müdiri Əsmər Nəbiyeva çıxış edərək, öz dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər. Məktəb KA-sının prezidenti Aygün Şəmsəddinova, tarix müəllimi Vəfa Babayeva, coğrafiya müəllimi Elnarə Məmmədova, 8a sinif şagirdləri İmamverdiyev Beybut və Məmmədova Tamara konfransda iştirak etdilər.

Ətraflı

İmadəddin Nəsimi haqqında təqdimatlarKiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq "Nəsimi ili" çərçivəsində şagidlər təqdimatlar hazırladılar. Aysel Xəlilovanın rəhbərliyi hazırlanan təqdimatlarda İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir.

Ətraflı

III siniflər arasında monitorinq imtahanıKiçik akademiyanın fəaliyyət planına uyğun şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması məqsədilə III siniflər arasında monitorinq imtahanı keçirildi.

Ətraflı

Bəstəkarlar haqqında təqdimatlarMəktəbdə fəaliyyət göstərən "Kiçik Akademiyanın" fəaliyyət planına uyğun olaraq şagirdlərimiz milli bəstəkarlarımız haqqında təqdimatlar hazırlayıblar. Məktəbin musiqi müəllimi Əhmədova Qurbanxanımın rəhbərliyi ilə hazırlanan təqdimatlarda bir çox bəstəkarlarımız haqqında geniş məlumat verilir. Şagirdlərimizə uğurlar arzu edirik.

Ətraflı

Riyaziyyat fənni üzrə bilik yarışıMəktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın fəaliyyət planına uyğun olaraq riyaziyyat fənn aylığı çərçivəsində VII və VIII sinif şagirdləri arasında bilik yarışı keçirildi. VII siniflər üzrə VII c sinfi, VIII siniflər üzrə isə VIII b sinfi qalib gəldi.

Ətraflı

Monitorinq imtahanları keçirilirMəktəbdə fəaliyyət göstərən "Kiçik Akademiyanın" fəaliyyət planına uyğun olaraq şagird nailiyyətlərini izləmək məqsədilə müxtəlif vaxtlarda IX sinif şagirdləri arasında monitorinq imtahanları keçirilir.

Ətraflı
HAQQIMIZDA

Bakının Balaxanı qəsəbəsində ucaldılmış Mirzə Ələkbər Sabir adına 259 №li tam orta məktəb tədris müəssisəsi kimi 1976-cı ildən fəliyyətə başlamışdır. Məktəbin pedaqoji kollektivi təhsilin sivil inkişaf qanunları və bu sahədə həyata keçir...

BİZİM FƏXRLƏRİMİZ

Almaxanım Əhmədli Vüqar

Gülay İbrahimova Rövşən

HAQQIMIZDA

Bakının Balaxanı qəsəbəsində ucaldılmış Mirzə Ələkbər Sabir adına 259 №li tam orta məktəb tədris müəssisəsi kimi 1976-cı ildən fəliyyətə başlamışdır. Məktəbin pedaqoji kollektivi təhsilin sivil inkişaf qanunları və bu sahədə həyata keçir...

BİZİM FƏXRLƏRİMİZ

Almaxanım Əhmədli Vüqar

Gülay İbrahimova Rövşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi