Pedaqoji Şuranın iclası keçirildi

10 sentyabr 2025-ci il tarixdə məktəbdə Pedaqoji Şuranın 2025/2026-cı tədris ili üçün ilk iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva pedaqoji kollektivi salamlayaraq onlara yeni tədris ilində müvəffəqiyyətlər və nailiyyətlər arzuladı. Gündəlikdə duran məsələlər pedaqoji heyətin nəzərinə çatdırıldı. 2024/2025-cü tədris ilinin yekunları, IV, VI, IX siniflərin imtahan nəticələri və yeni tədris ilində kollektivin qarşısında duran məsələlər, məktəb rəhbərlərinin, UBT rəhbərinin, kitabxananın illik fəaliyyət planları, siniflərin komplektləşdirilməsi, müəllimlərin dərs bölgüsü, məktəbəqədər hazırlıq qruplarının təşkili, şagirdlərin dərsliklərlə təmin olunması və cari məsələlər müzakirə olundu.
Eyni zamanda STEAM, Rəqəmsal, Peşə təmayüllü siniflərin, İcma əsaslı məktəbəqədər təhsil layihələrinin təşkili pedaqoji heyətin diqqətinə çatdırıldı.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov çıxış edərək müvafiq metodiki göstərişlərini, məktəbdə təhlükəsizliyin təminatı, sağlam-mənəvi psixoloji mühitin formalaşması məqsədilə kollektivə tövsiyələrini verdi.
Təsərrüfat işləri üzrə direktor müavini İlhamə Əlizadə yeni tədris ili ərəfəsində məktəbdə aparılan təmir və təsərrüfat işləri istiqamətində görülən tədbirlər barədə məlumat verdi. Məktəbimizin müvafiq qərarları qəbul edildi.