Fərqlənmə attestatları təqdim olundu

03 iyul 2025-ci il tarixdə məktəbin 9-cu sinfini uğurla başa vuran məzunlara məktəbin direktoru Venera Mustafayeva tərəfindən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası”na uyğun olaraq ümumi orta təhsil haqqında fərqlənmə attestatları təqdim olundu. Aytac İbrahimzadə, Zəhra Xalikzadə, Aydan Əliyeva, Zöhrə Əliyeva qırmızı attestala təltif olundular. Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.