Gender zorakılığı – cəmiyyətimizin faciəsidir

29 noyabr 2019-cu il tarixdə məktəbdə “Gender zorakılığı – cəmiyyətimizin faciəsidir” adlı layihənin növbəti tədbiri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, həmçinin, 4 №li, 69 №li tam orta məktəbin direktorları, müəllimlər və şagirdlər iştirak etdi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov tədbirin məqsədi barədə məlumat verdi. Daha sonra şagirdlərin çıxışında səhnəciklər təqdim olundu, videoçarxlar nümayiş etdirildi. Tədbirin davamında R.Fərəcova çıxış edərək bildirdi ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması hökumətin prioritetlər.Sonda “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihədə fəal iştirak etdiyi üçün məktəbin direktoru Zaur Yusifov və IX a sinif şagirdi Nəcəfli Elmira Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olundular.