"Ölkəmizi tanıyaq" tur aksiyası

“Ölkəmizi tanıyaq” layihəsinin 12-ci tur-aksiyası çərçivəsində ölkəmizin regionlarına təşkil edilmiş səfərlərdə məktəbimizin 11 a sinif şagirdi Əliyeva Ayxanım Niyazi qızı da iştirak etdi. Gəncə-Şəmkir-Göygöl marşrutu ilə ekskursiyaya çıxan məktəblilər səyahət etdikləri şəhər və rayonların tarixi, mədəniyyəti, əhalinin həyat tərzi və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı ilə yaxından tanış olublar.