12 noyabr -Konstitusiya Günüdür

12 noyabr  Azərbaycan Respublikasının Konstitusiyası  günüdür. Bu gün Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından 24 il ötür. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.  12 noyabr 2019-cu il tarixdə məktəbdə Kostitusiya Günü ilə əlaqədar  tədbir keçirildi. Məktəbin informatika müəllimi Əminə Nəsirovanın VI b sinfi ilə birlikdə təşkil etdiyi tədbirdə şagirdlər konstitusiyada öz əksini tapmış bəzi maddələr haqqında məlumat verdilər. Həmçinin, müxtəlif peşə sahiblərinin obrazını yaradaraq müstəqil Azərbaycana layiqli vətəndaş olacaqlarına söz verdilər, daha sonra  şagirdlərin çıxışında mahnı ifa olundu, rəqs nümayiş etdirildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi