İngilis dili aylığına yekun vuruldu

31 oktyabr 2019-cu il tarixdə ingilis dili aylığının yekunu barədə ingilis dili müəllimləri ilə iclas keçildi. Metodbirləşmə rəhbəri Rəhmanova Ofelya fənn aylığı çərçivəsində görülən işlər barədə hesabat təqdim etdi. Məktəb rəhbərliyi tərəfindən fənn aylığı çərçivəsində tədbirlər planında nəzərdə tutulan işlərin icrası məqbul hesab edildi və fənn müəllimlərinə təşəkkür bildirildi. Müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzu edirik.