Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə

2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir.
30 oktyabr 2019-cu il tarixdə məktəbin kitabxanasında Azərbaycan Respublikası Prezidentinin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamına uyğun olaraq “Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə” adlı dəyirmi masa keçirildi. Şagirdlərimiz dahi şəxsiyyət haqqında biliklərini dəyirmi masa iştirakçıları ilə bölüşdülər. Həmçinin, şagirdlərimizin çıxışında “Poçt qutusu” hekayəsi və “Anamın kitabı” əsərindən kiçik parça təqdim olundu.https://www.youtube.com/watch?v=WD64Ya0Nq7M&t=25s https://www.youtube.com/watch?v=uo9A773x2E8&t=1s