İngilis dili gecəsi keçirildi

Məktəbdə ingilis dili aylığı çərçivəsində “İngilis dili gecəsi” keçirildi. Məktəbin ingilis dili müəllimlərinin hazırladığı tədbirdə müxtəlif siniflər üzrə iştirak edən şagirdlərin təqdimatında ingilis dilində nağıllar əsasında səhnəciklər nümayiş olundu, rəqslər nümayiş etdirildi, mahnılar ifa olundu. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək müəllimlərə və şagirdlərə uğurlar arzuladı.