Müstəqilliyimiz əbədidir

18 oktyabr Müstəqillik günü münasibətilə məktəbdə bir sıra tədbirlər həyata keçirildi. Məktəbin həyətində sıra düzülüşü zamanı məktəbin tarix müəllimi Qənbərova Nərmin şagirdlərə  Müstəqillik gününün tarixi barədə ətraflı məlumat verdi. Həmçinin, Iç sinif şagirdlərinin çıxışında Azərbaycana həsr olunmuş mahnı ifa olundu. Sülh və əmin -amanlığın rəmzi olan ağ göyərçinlər havaya buraxıldı. Daha sonra məktəbin akt zalında “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan  məktəbin direktoru Zaur Yusifov bildirdi ki, Müstəqillik günü Azərbaycan tarixinin  ən mühüm günlərindən biridir. Daha sonra məktəbin IVa, IVb, IVc sinif şagirdlərinin çıxışında vətənpərvərlik ruhunda mahnılar ifa olundu, şeirlər səsləndirildi, rəqslər nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi