Mirzə Ələkbər Sabir - 157 il

31 may 2019-cu il tarixdə məktəbimizin adını daşıdığı görkəmli satirik şair Mirzə Ələkbər Sabirin anadan olmasının 157 illiyi münasibətilə tədbir keçirildi. II və III sinif müəllimlərinin şagirdləri ilə birlikdə təşkil etdiyi tədbirdə şagirdlər M.Ə.Sabirin satiralarını obrazlı şəkildə təqdim etdilər. Dahi satirikin sözlərinə yazılmış mahnılar ifa etdilər. Daha sonra şagirdlərimiz Balaxanı Mədəniyyət Evinin hazırlıdığı Sabir gecəsində də çıxış etdilər.