İclas keçirildi

14 may 2019-cu il tarixdə məktəbin direktoru Zaur Yusifov ibtidai sinif müəllimlərinin iştirakı ilə iclas keçirtdi. İclasda davranışında emosional pozğunluğu olan şagirdlərlə görülən işlər, I-IV siniflərdə təşkil olunan monitorinq imtahanlarının nəticələri, ibtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı lahiyəsinin nəticələri müzakirə olundu. Həmçinin, II yarımildə keçiriləcək böyük summativ qiymətləndirmənin komissiya üzvləri və cədvəli müəyyən edildi.