Şagirdlərin ekskursiyası

Uşaqlarda dünyagörüşünün formalaşdırılması, tarixi biliklərinin təkmilləşdirilməsi məqsədilə məktəbin IIIc sinif müəllimi Həşimova Sevinc şagirdləri ilə birlikdə “Qobustan dövlət qoruğuna” ekskursiyaya getdilər. Şagirdlər burada “Qobustan dövlət qoruğu muzeyi” və “Böyükdaş” dağı ilə tanış oldular. Ekskursiya şagirdlərin marağına səbəb oldu.