"Heydər Əliyev Mərkəzi"nə ekskursiya

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar məktəbin IIç sinif müəllimi Mustafayeva Venera şagirdləri ilə birlikdə “Heydər Əliyev Mərkəzi”nə ekskursiyaya getdilər. Şagirdlərə Heydər Əliyev muzeyi barədə ətraflı məlumat verildi. Dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən məlumat, foto və video materiallar, eləcə də ümummilli liderə aid olan maraqlı eksponatlarla yaxından tanış oldular. Muzeydə ümummilli lider Heydər Əliyevə aid geyimlər, o cümlədən onun iş masası, həmçinin, dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələr kimi şagirdlərə nümayiş etdirildi. Ekskursiya şagirdlərin marağına səbəb oldu.