Heydər Əliyev - müasir Azərbaycanın qurucusu

10 may 2019-cu il tarixdə məktəbdə dünyanın ən qüdrətli simaları sırasına yüksələn ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilirdi. Məktəbin IIb sinif müəllimi Rəna Xudayevanın hazırladığı tədbirdə şagirdlərimiz ulu öndərin əziz xatirəsinə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Həmçinin, sıra düzülüşü zamanı da məktəbin tarix müəllimi Vəfa Babayeva şagirdlərə dahi liderin həyat yolu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verdi.