Dəyirmi masa keçirildi

02 may 2019-cu il tarixdə məktəbdə ictimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanovun anadan olmasının 149-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Məktəbin kitabxana müdiri Aynur Kamilova və kitabxanaçı Dilarə Əliyevanın təşkil etdiyi dəyirmi masada məktəbin direktoru Zaur Yusifov, müəllimlər və şagirdlər iştirak etdi. Şagirdlər N.Nərimanov haqqında məlumat verdilər. “Nadir şah” dramından səhnəcik nümayiş etdirdilər.