Mənim sehrli dünyam adlı tədbir keçirildi

04 aprel 2019-cu il tarixdə məktəbdə “2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü” münasibətilə tədbir keçirildi. Məktəbin Iç sinif müəllimi Məmmədova Səadətin hazırladığı “Mənim sehrli dünyam adlı” tədbirə Azərbaycanın görkəmli yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, “Qızıl qələm” mükafatı laureatı Zahid Xəlil qonaq qismində dəvət olunmuşdur. Giriş sözü ilə azyaşlı şagirdlərimizi təbrik edən məktəbin direktoru Zaur Yusifov və Zahid müəllim onları təbrik etdilər və uğurlar arzuladılar. Daha sonra çıxış edən məktəbin Iç sinif şagirdləri  vətən, bilik haqqında şeirlər səsləndirdilər, mahnılar ifa etdilər, rəqslər və səhnəciklər nümayiş etdirdilər. Həmçinin, IIIb və IIIc sinif şagirdləri də Zahid Xəlilin yaradıcılığından nümunələr söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi