Novruz şənliyi keçirildi

Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənlərimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. 18 mart 2019-cu il tarixdə məktəbdə Novruz şənliyi keçirildi. Tədbiri təbrik sözü ilə məktəbin direktoru Zaur Yusifov açdı. Daha sonra şagirdlərin çıxışında Novruz adət-ənələrindən danışıldı, bahara həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu. Həmçinin, rəqslər də nümayiş etdirildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi