"Xocalı harayı" adlı tədbir keçirildi

26 fevral 2019-cu il tarixdə məktəbdə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Xocalı harayı" adlı anım tədbiri keçirildi. Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dünyamalızadə Sülhiyyə tədbir iştirakçılarına soyqırım barədə məlumat verdi. Həmçinin, məktəbin tarix müəllimi Vəfa Babayeva da çıxış edərək Xocalı soyqırımının günahkarlarının, təşkilatçılarının və icraçılarının  tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlarını bildirdi. Daha sonra şagirdlər  Xocalıya həsr olunmuş şeirlər səsləndirdilər, mahnılar ifa etdilər. Video çarx nümayiş olundu. https://www.youtube.com/watch?v=ictNeWToqow

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi