"Valideynin məktəbdə bir günü" layihəsi keçirildi

21 fevral 2019-cu il tarixdə məktəbdə BŞTİ-nin 28.01.2019-cu il tarixli F-66 li əmrinə əsaslanaraq “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi. Tədbirdə Təlimə Dəstək Mərkəzinin Resurslar bölməsinin müdiri  Abdulla müəllim və valideynlər  iştirak etdilər. İlk öncə qonaqlara məktəbin tədbirlər planına əsasən icra olunan işlərin video icmalı təqdim olundu. Daha sonra məktəbin direktoru Zaur Yusifov çıxış edərək layihənin məqsədi və əhəmiyyəti barədə məlumat verdi. Tədbirin davamında valideynlər məktəbin kitabxanası, musiqi otağı, tibb otağı, sərgi otağı, yeməkxanası, idman zalı, informatika kabineti, coğrafiya kabineti ilə yaxından tanış oldular. Dərslərdə iştirak etdilər. Tədbirin proqramına uyğun olaraq Abdulla müəllim valideynlərə “Məktəb-şagird-valideyn” mövzusunda seminar keçirtdi. Tədbirin yekununda təşkil olunan bədii hissədə şagirdlərimizin çıxışında şeirlər səsləndirildi, mahnılar ifa olundu, rəqslər və səhnəciklər nümayiş etdirildi. Tədbir valideynlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi