Narkomaniyaya yox deyək

13 fevral 2019-cu il tarixdə məktəbdə Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə və İctimai Təhlükəsizlik İdarəsinin və Sabunçu rayon Polis İdarəsinin birgə  təşkilatçılığı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbiri keçirilmişdir. Tərdbirdə Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik işin təşkili bölməsinin rəisi polis polkovnik - leytenantı Ömərova Məryəm xanım,  Bakı şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə İdarəsinin əməkdaşı polis-kapitanı Məmmədov Pərviz iştirak etdilər. Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirlərin, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı mühazirə ilə çıxış etdilər.

         Tədbirin sonunda məruzəçilər tərəfindən antinarkomaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Bütövlükdə   tədbir 259 №li tam orta məktəbin həm müəllim, həm də şagird kollektivi tərəfindən qiymətləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi