Prezident İlham Əliyev Ulu Öndərin memarı olduğu siyasət kursunun layiqli davamçısıdır

8 fevral 2019-cu il tarixdə məktəbdə “Heydər Əliyev İrsi”nin təbliğ olunması məqsədilə 4 li, 69 li və 259 li tam orta məktəblərin X, XI sinif şagirdləri ilə görüş keçirildi. 69 №li tam orta məktəbin direktoru Taleh Şahbazov  “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin memarı olduğu daxili və xarici siyasət kursunun layiqli davamçısıdır” mövzusunda şagirdlərə mühazirə oxudu. T.Şahbazov çıxışı zamanı vurğuladı ki, cənab Prezident İlham Əliyev  uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkənləndirib. Dövlətimizin başçısı İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti  olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır.  Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi