İgid Mübariz

Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi. Mübariz ona qoyulan adı doğrultdu. Adının möhtəşəmliyini, Vətənin, torpağın yaddaşına yazılan əbədiyaşarları zamanın küləkləri, tufanları silə bilməyəcək. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Mübariz İbrahimovun anım günü ilə əlaqədar məktəbdə IVc və VIIIa sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi.Şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər, mahnılar ifa etdilər. Həmçinin, Mübariz İbrahimova həsr olunmuş video çarx da nümayiş etdirildi.