Şəhidlər Xiyabanına ziyarət

Məktəbin Iç sinif müəllimi Məmmədova Səadət azyaşlı şagirdləri ilə ölkəmizin azadlığı uğrunda canlarından keçən mübarizlərimizin uyuduğu Şəhidlər Xiyabanını ziyarətə getmişlər. S.Məmmədova 20 Yanvar faciəsi şəhidlərini ziyarət etməyə gətirdiyi şagirdlərə elə Şəhidlər Xiyabanının girişindəcə azadlıqsevər qəhrəmanlarımız barəsində ətraflı məlumat verdi, məktəblilərin vətənpərvər ruhda tərbiyə olunmaları üçün onlara həmin dövrdə baş verən hadisələri təsvir etdi. Şagirdlərimiz isə şəhidlərimizin məzarları önündə baş əyərək, qərənillər düzüb, onlara ehtiramlarını ifadə etdilər.