Eko-təqdimat keçirildi

10 yanvar 2019-cu il tarixdə məktəbdə SOCAR-ın Ekologiya İdarəsinin Biomüxtəliflik Departamentinin Ətraf mühitin mühafizəsi üzrə böyük mühəndisi Mehriban Ələsgərova tərəfindən VI və VII sinif şagirdləri ilə görüş keçirildi. Görüş zamanı şagirdlərə “Ekoloji monitorinq nədir?” mövsuzunda eko-təqdimat nümayiş olundu. Həmçinin, ətraf mühitin çirklənməsinin fəsadları barədə danışıldı. Daha sonra şagirdləri maraqlandıran suallara cavab verildi. Maarifləndirmə xarateri daşıyan görüş şagirdlərin marağına səbəb oldu.