Qəhrəmanlarımızı tanıyaq və tanıdaq

Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tərtib olunan tədbirlər planına uyğun olaraq 21 dekabr 2018-ci il tarixdə məktəbdə bir sıra tədbilər həyata keçirildi. Günün tarixi barədə şagirdləri məlumatlandırmaq üçün sıra düzülüşü zamanı məktəbin tarix müəllimi Babayeva Vəfa M.Hüseynzadənin həyatı və döyüş yolu barədə ətraflı məlumat verdi. Daha sonra məktəbin akt zalında “Qəhrəmanlarımızı tanıyaq və danıdaq” adlı tədbir keçirildi Tədbirdə məktəbin direktoru Zaur Yusifov çıxış etdi.Daha sonra 20 dekabr 2018-ci il tarixində keçirilən “Qəhrəmanlar ölmürlər” adlı inşa müsabiqəsinin qalibləri diplomlarla təltif edildi. Tədbirin davamında şagirdlərin çıxışında M.Hüseynzadəyə həsr olunmuş şeirlər səsləndirdi, mahnılar  ifa olundu. Video çarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi