Mehdi Hüseynzadəyə həsr olunmuş filmlərin nümayişi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında verdiyi sərəncama əsasən məktəbin tədbirlər planı işlənib hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq müxtəlif siniflərdə Mehdi Hüseynzadəyə həsr olunmuş “Uzaq sahillərdə” və “Təxəllüsü Mixaylo” filmlərinin, həmçinin, həyatı və döyüş yolu barədə sənədli filmlərin nümayişi keçirilir. Filmlər şagirdlərin marağına səbəb olur. Həftə ərzində filmlərin nümayişi davam etdiriləcəkdir.