Maarifləndirici tədbir

13 dekabr 2018-ci il tarixdə məktəbdə yol hərəkəti qaydalarının məktəblilər arasında təbliğinin gücləndirilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etdi. VIIa sinif müəllimi Günay Məhərrəmovanın hazırladığı tədbirdə şagirdlərə yol hərəkəti qaydaları ilə bağlı geniş məlumat verildi. Daha sonra şagirdlər mövzu ətrafında bildiklərini səsləndirdilər. Səhnəcik nümayiş etdirdilər. Video çarx nümayiş etdirildi.