Xalqı nicat yoluna aparan dahi

Məktəbin tədbirlər planına uyğun olaraq “Ümummilli lider Heydər Əliyevin anım günü” ilə əlaqədar tədbirlərin icrası davam etdirilir. Şagird kontingentinin məlumatlandırılması üçün 12 dekabr 2018-cil tarixdə sıra düzülüşü zamanı Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra məktəbin tarix müəllimi Mayılov Rəşad tərəfindən ulu öndərin həyatı və siyasi fəaliyyəti barədə şagirdlərə məlumat verildi. Həmçinin, 11 dekabr 2018-ci il tarixdə keçirilmiş Heydər Əliyevin xatirəsinə həsr olunan inşa müsabiqəsinin qalibi Qəhrəmanova Dilarə “Fəxri fərman”la təltif olundu.

Məktəbin akt zalında dahi liderin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru Zaur Yusifov bildirdi ki, siyasət meydanında olduğu illər ərzində Ulu öndər XX və XXI əsrin görkəmli lideri müasir dövrün, böyük siyasətçisi kimi bütün dünyaya tanınmışdır. Onun dövlətçilik ideyalarının elmi nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir. Tarix müəllimi Vəfa Babayeva da çıxışında Ümummilli liderin Azərbaycan xalqının həyatında oynadığı  əvəzsiz rol barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Tədbirin davamında şagirdlər dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş şeirlər səsləndirdilər, mahnı ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi