Inşa yazı müsabiqəsi keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq uğurlu lider formullarının əsl nümunəsi, dahi şəxsiyyət, ulu öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. 11 dekabr 2018-ci il tarixdə məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqı nicat yoluna aparan dahi” adlı inşa yazı müsabiqəsi keçirildi. Müsabiqədə şagirdlər dahi liderin həyat və fəaliyyəti ilə bağlı biliklərini inşa şəklində yazdılar.